“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ali təhsil sistemində tələbələrin sosial-iqtisadi hüquqlarının qorunması və onların mənafelərinin müdafiəsi prosesində mühüm sosial institut funksiyasını daşıyır. THİK-in fəaliyyətinin strateji mahiyyəti, ilk növbədə, tələbələrin təhsil həyatında üzləşdikləri sosial problemlərin həllinə yönəlməsi, onların sosial rifahının gücləndirilməsi, hüquqi maarifləndirilməsinin təşkili və təhsil mühitində bərabər imkanların təmin edilməsindən ibarətdir.


Tələbə Həmkarlar İttifaqı Komitəsi yalnız sosial müdafiə funksiyasını yerinə yetirməklə kifayətlənmir, həm də tələbələrin intellektual, mədəni və yaradıcı potensialının inkişafına xidmət edən çoxşaxəli layihələr həyata keçirir. Bu baxımdan, komitə universitet mühitində tələbələrin özünüifadə imkanlarını genişləndirən, onların yaradıcılıq bacarıqlarını stimullaşdıran və kollektiv şüurun formalaşmasına təkan verən tədbirlər kompleksi təşkil edir.


Komitənin təşəbbüsləri həmrəylik, sosial ədalət və humanizm prinsiplərinə əsaslanır. Bu prinsiplər əsasında tələbələr üçün sağlam və təhlükəsiz sosial mühitin yaradılması, onların asudə vaxtlarının səmərəli və məqsədyönlü şəkildə təşkili, müxtəlif mədəni-maarifləndirici proqramlarda iştirak imkanlarının genişləndirilməsi təmin olunur. THİK eyni zamanda tələbələrin şəxsi inkişafını dəstəkləyən layihələr – təlimlər, seminarlar, yaradıcılıq müsabiqələri və sosial düşərgələr vasitəsilə gənclərin müasir əmək bazarına uyğun bilik və bacarıqlarla silahlanmasına şərait yaradır.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Struktur baxımından ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi hazırda 1147 tələbəni özündə birləşdirərək geniş sosial baza formalaşdırır və müxtəlif layihələr vasitəsilə tələbə həyatının bütün istiqamətlərinə təsir göstərir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri: